Qəbələdə üç qol
Xəbərlər / 13 May 2023 | 21:072265
Qəbələdə üç qol

“Qəbələ” – “Turan Tovuz” – 1:2

13 may 2023. Saat 18:00. Qəbələ şəhər stadionu, 450 tamaşaçı

Baş hakim: Nicat İsmayıllı

Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Şirmamed Mamedov

Dördüncü hakim: Rəvan Həmzəzadə

VAR: Rauf Allahverdiyev

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Aslan Şahgəldiyev

Sarı vərəqələr: Urfan Abbasov, 53, 57 (qeyri-idman hərəkəti); İsnik Alimi, 62 (qeyri-idman hərəkəti); İlkin Qırtımov, 65 (hakimin qərarına etiraz); Rövlan Muradov, 90 (qeyri-idman hərəkəti) // Sadiq Quliyev, 36 (qeyri-idman hərəkəti); Xəyal Nəcəfov, 62 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Urfan Abbasov, 57

Qollar: Rafael Utziq, 66 // Sadiq Quliyev, 54; Xulu Siyanda, 90+5

Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.

 

Misli Premyer Liqasında 34-cü turun ikinci oyun gününə start verilib. “Qəbələ” öz meydanında “Turan Tovuz”la görüşüb. Qəbələ şəhər stadionundakı matç qarşılıqlı hücumlarla başlayıb.

Görüşün əvvəli Feras Abu Akalın ağır zədələnməsi ilə yadda qalıb. Rəqiblə toqquşmada xəsarət alan legioner meydanı xərəkdə tərk edib, sonra isə klinikaya aparılıb.

Qarşılaşmanın ilk yarısında hər iki komandanın qol imkanları olsa da, hesab açılmayıb. Fasilədən sonra “Turan Tovuz” qol sevinci yaşayıb. Buraxılan topdan az sonra Urfan Abbasov ikinci sarı vərəqəyə görə meydanı tərk edib. Azlıqda qalan “qırmızı-qaralar” bundan sonra da rəqib qapısına həmlələr təşkil edib. Ramon Maçado və Felipe Santos yaddaqalan imkanlar qazansa da, bunları qola çevirə bilməyib. Felipenin cinah ötürməsindən sonra Rafael Utziq hesabda tarazlıq yaradıb. “Qəbələ” önə keçmək üçün bir neçə epizod yaxalasa da, ikinci qolu vurmayıb.  Oyunun sonlarında Asif Məmmədov da zədələnib. Qonaqlar isə uzatma dəqiqələrində komandamızın qapısına daha bir dəfə yol tapmağı bacarıb – 2:1. Beləliklə, “qırmızı-qaralar” üç qolun vurulduğu matçdan xalsız ayrılıb.

 

 “Qəbələ”

1. Səlahət Ağayev

2. İlkin Qırtımov

34. Urfan Abbasov (k)

27. Məqsəd İsayev

91. Ramon Maçado

4. Ruan Renato

5. İsnik Alimi

23. Rafael Utziq

(14. Ülvi İsgəndərov, 79)

97. Felipe Santos

6. Feras Abu Akal

(11. Asif Məmmədov, 19)

9. Əyyub Allaş

(77. Emil Səfərov, 84)

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

28. Murad Musayev

7. Rövlan Muradov

33. Hüseyn Mürsəlov

16. Nicat Əliyev

17. Yaovi Akakpo

10. Omar Hani

8. Andrey Strijak

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Turan Tovuz”

85. Kamal Bayramov (k)

4. Şəhriyar Əliyev

39. Sadiq Quliyev

10. Xəyal Nəcəfov

(24. Divine Naah, 77)

99. Veysəl Rzayev

88. Faiq Hacıyev

55. Xulu Siyanda

30. Piruzi Marakvelidze

25. Denis Marandiçi

19. Runi Eva

9. Belajdi Pusi

(11. Ayxan Quseynov, 81)

 

Ehtiyat oyunçular:

 

13. Mehman Hacıyev

3. Tərlan Quliyev

77. Cavid Tağıyev

7. Ehtiram Şahverdiyev

33. Eltun Turabov

8. Şakir Seyidov

6. Turan Vəlizadə

15. Vüsal Məsimov

17. Natan Oduva

23. Okebuqvu Henri

 

Baş məşqçi: Ayxan Abbasov