“Qəbələ” – “Sumqayıt” – 1:2
19 avqust 2023. Saat 18:00. Qəbələ şəhər stadionu, 800 tamaşaçı
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Kamran Bayramov, Rəhman İmami
Dördüncü hakim: Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Mehrac Baxşalı, 90 (qeyri-idman hərəkəti) // Oktavio Manteka, 90+2 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Rasim Ramaldanov (“Qəbələ”), 90 (hakimin qərarına etiraz)
Qollar: Osama Xalayla, 53//İsa Suliman, 3; Kamran Aliev, 31
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 6 dəq.
Misli Premyer Liqasının III turunun ikinci oyun günü Qəbələdə start götürüb. “Qəbələ” öz meydanında “Sumqayıt”ı qəbul edib.
Bu, “qırmızı-qaralar”ın cari çempionatda ilk ev oyunu olub. Matç erkən qolla başlayıb. Qonaqlar hesabı açmağa müvəffəq olub. Buraxılan qoldan sonra təşəbbüsü ələ alan “Qəbələ” qol imkanları da yaradıb. İlk yarıda Osama Xalayla, Ahmed Ayzaya və Əyyub Allaşın zərbələri yaddaqalan alınıb. Sumqayıtlılar isə əks-hücum zamanı fərqi iki topa çatdırıb. Komandamız oyunda dönüş yaratmaq üçün böyük qüvvə ilə irəli atılsa da, fasiləyədək rəqib qapısına yol tapmaq mümkün olmayıb.
İkinci yarıda da matçın ssenarisi dəyişməyib. “Qəbələ” ardıcıl hücumlar təşkil edib. Təzyiqi artıran “qırmızı-qaralar” ardıcıl qol epizodları yaratmağı bacarıb. Bələ imkanların biri Osama Xalaylanın yaxın məsafədən qarşısıalınmaz zərbəsi ilə nəticələnib – 1:2. Bu, komandamızın Premyer Liqanın cari mövsümündə ilk qolu olub. Fərq azaldıqdan sonra “Qəbələ” hücumlarını daha da artırıb. Ahmed Ayzaya və Osama Xalaylanın zərbələrini rəqib qapıçı dəf edib. Epizodların birində isə rəqib müdafiəçi topu xəttin üzərindən çıxarıb. Son dəqiqələrədək təzyiqi davam etdirən “qırmızı-qaralar” bərabərlik qolunu vura bilməyib. Beləliklə, Qəbələ şəhər stadionundakı görüş üç qolla başa çatıb – 1:2.
“Qəbələ”
13. Kristof Atanqana
2. İlkin Qırtımov
(5. Rauf Hüseynli, 36)
34. Urfan Abbasov (k)
28. Murad Musayev
7. Emil Səfərov
(8. Gilad Abramov, 76)
20. Bilel Auaşeriya
4. Lukas Afriko
99. Ahmed Ayzaya
9. Əyyub Allaş
(18. Mehrac Baxşalı, 76)
72. Osama Xalayla
17. Yaovi Akakpo
(10. Omar Hani, 64)
Ehtiyat oyunçular:
1. Rəşad Əzizli
36. Elməddin Sultanov
11. Asif Məmmədov
12. Nicat Əliyev
33. Hüseyn Mürsəlov
24. Xəyal Xudaverdiyev
71. Sənan Ağalarov
3. Zurab Oçiqava
Baş məşqçi: Elmar Baxşıyev
“Sumqayıt”
1. Mehdi Cənnətov
14. Elvin Bədəlov (k)
7. Rövlan Muradov
17. Murad Xaçayev
8. Səbuhi Abdullazadə
19. Roi Kehat
(6. Vüqar Mustafayev, 62)
58. Oktavio Manteka
4. İsa Suliman
10. Kamran Aliev
(20. Ayxan Süleymanlı, 62)
9. Erik Sorqa
(21. Nihad Əhmədzadə, 83)
71. Masaki Murata
(60. Tresor Mossi, 71)
Ehtiyat oyunçular:
15. Orxan Sadıqlı
32. Murad Ağamalıyev
41. Uğur Cahangirov
Baş məşqçi: Samir Abasov