Qəbələdə üç qol
Xəbərlər / 25 Sentyabr 2023 | 20:571557
Qəbələdə üç qol

“Qəbələ” – “Qarabağ” 1:2

25 sentyabr 2023. Saat 19:00. Qəbələ şəhər stadionu, 950 tamaşaçı

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Cəmil Quliyev

Dördüncü hakim: Kamran Əliyev

VAR: Rauf Allahverdiyev

AVAR: Rəhman İmami

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Seymur Səlimli

Sarı vərəqələr: İlkin Qırtımov, 31 (qeyri-idman hərəkəti); Əyyub Allaş, 42 (qeyri-idman hərəkəti); Omar Hani, 49 (hakimin qərarına etiraz); Zurab Oçiqava, 52 (qeyri-idman hərəkəti); Rəşad Əzizli, 52 (hakimin qərarına etiraz) // Toral Bayramov, 60 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Kevin Medina, 42 (təcavüzkar davranış)

Rəsmi şəxsə göstərilən sarı vərəqələr: Qurban Qurbanov, 42 (texniki zona qaydalarını pozduğuna görə), 89 (qeyri-idman hərəkəti)

Rəsmi şəxslərə göstərilən qırmızı vərəqələr: Rasim Ramaldanov, 42 (meydançaya daxil olaraq rəqib oyunçuya aqressiv şəkildə təzyiq göstərdiyi üçün) // Qurban Qurbanov, 89

Qollar: Lukas Afriko, 76 // Hamidu Keyta, 2; Nəriman Axundzadə, 11

Artırılan vaxt: I hissədə 4 dəq; II hissədə 7 dəq.

 

 

“Qəbələ” Misli Premyer Liqasında növbəti matçını keçirib. “Qırmızı-qaralar” ölkə çempionatının 7-ci turunda “Qarabağ”ı qəbul edib. Ötən turun “Turan Tovuz”la oyunu (2:0) ilə müqayisədə start heyətində iki dəyişiklik olub. Osama Xalayla və Gilad Abramov “11-lik”də yer alıb. Onlar Urfan Abbasovla Ülvi İsgəndərovu əvəzləyiblər.

Matç son çempionun üstünlüyü ilə başlayıb. Oyunda hesab erkən açılıb. Müdafiənin səhvindən yararlanan qonaqlar topu qapımızdan keçirib. Qoldan sonra hücumlarını daha da artıran “Qarabağ” 10-cu dəqiqədə fərqi 2-yə çatdırıb. 18-ci dəqiqədə Gilad Abramov zədələnərək oyunu davam etdirə bilməyib. O, Zurab Oçiqava ilə əvəzlənib. Dəyişiklikdən sonra komandamız ilk təhlükəli epizodunu yaradıb. Rauf Hüseynlinin qüvvətli zərbəsini qolkiper dəf edib. Bir neçə dəqiqə sonra yarımmüdafiəçi qapıçı ilə üz-üzə qalıb. Lakin bu dueldən də əlcək sahibi qalib ayrılıb. Hissənin sonlarında “qırmızı-qaralar” say üstünlüyü qazanıb. Əlavə olunan dəqiqələrdə Ahmed Ayzaya və Bilel Auaşeriyanın zərbələri təhlükəli olub. 

İkinci yarı komandamızın üstünlüyü ilə başlayıb. Hissənin startında Omar Hani qüvvətli zərbə ilə yadda qalıb. Ardından Bilel Auaşeriyanın zərbəsi qapıdan yan keçib. Matçın ortalarında iordaniyalı daha bir dəfə qola yaxın olub. Lakin bu səfər də onun toxunuşu uğursuz olub. Elmar Baxşıyevin oyuna müdaxilələrindən sonra “qırmızı-qaralar” üstünlüyünü daha da artırıb. Əyyub Allaşın təhlükəli zərbəsini qapıçı dəf edib. “Qəbələ” istəyinə 75-ci dəqiqədə nail olub. Zurab Oçiqavanın ötürməsini Lukas Afriko qolla tamamlayıb – 1:2. Çox keçmədən Allaş hesabı bərabərləşdirməyə yaxın olub. Lakin bu səfər də qolkiper inamlı oynayıb. Matçın don dəqiqələrinə qədər hücumlarını davam etdirən “qırmızı-qaralar” bərabərlik qolunu vura bilməyib. Beləliklə, komandamız ev görüşündən xalsız ayrılıb – 1:2.

 

“Qəbələ”

1. Rəşad Əzizli

2. İlkin Qırtımov (k)

5. Rauf Hüseynli

7. Emil Səfərov

20. Bilel Auaşeriya

(19. Samuel Tetteh, 70)

4. Lukas Afriko

99. Ahmed Ayzaya

9. Əyyub Allaş

72. Osama Xalayla

(14. Ülvi İsgəndərov, 70)

10. Omar Hani

(17. Yaovi Akakpo, 90)

8. Gilad Abramov

(3. Zurab Oçiqava, 18)

 

Ehtiyat oyunçular:

 

13. Kristof Atanqana

36. Elməddin Sultanov

28. Murad Musayev

12. Nicat Əliyev

33. Hüseyn Mürsəlov

18. Mehrac Baxşalı

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Qarabağ”

99. Andrey Lunyov

20. Riçard Almeyda

(8. Marko Yankoviç, 76)

55. Bədavi Hüseynov (k)

27. Toral Bayramov

90. Nəriman Axundzadə

(44. Elvin Cəfərquliyev, 76)

81. Kevin Medina

66. Patrik Andrade

(5. Maksim Medvedev, 44)

17. Hamidu Keyta

(18. Olavio Juninyo, 68)

2. Mateus Silva

6. Julio Romao

15. Leandro Andrade

(10. Abdullah Zubir, 68)

 

Ehtiyat oyunçular:

 

23. Luka Quqeşaşvili

89. Amin Ramazanov

30. Abbas Hüseynov

4. Rahil Məmmədov

83. Nihad Quliyev

11. Adama Diakabi

 

Baş məşqçi: Qurban Qurbanov