Qəbələdə üç qol
Xəbərlər / 10 Yanvar 2024 | 16:451501
Qəbələdə üç qol

“Qəbələ” – “Kəpəz” – 1:2

Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Qəbələ” ilk yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” qış təlim-məşq toplanışının 7-ci günündə “Kəpəz”lə qarşılaşıb.

Görüş Qəbələ şəhər stadionunda baş tutub. Matçda hesabı Elmar Baxşıyevin yetirmələri açıblar. Ülvi İsgəndərov qonaqların qapısına yol tapıb.

Görüşün ilk 45 dəqiqəsi qarşılıqlı hücumlarla keçib. İki qol vuran qonaqlar fasiləyə üstün yollanıblar – 2:1.

Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində oyunçu dəyişiklikləri olub. “Qırmızı-qaralar” oyunun axarını dəyişməyə çalışsa da, ikinci hissədə qol vurulmayıb. Beləliklə, üç qolun qeydə alındığı qarşılaşmada qonaqlar 2:1 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, “Qəbələ” növbəti yoxlama oyununu yanvarın 15-də keçirəcək. Komandamız “Araz-Naxçıvan”la üz-üzə gələcək.