Qəbələdə üç qol
Xəbərlər / 25 Avqust 2025 | 22:3212840
Qəbələdə üç qol

“Qəbələ” – “Zirə” – 1:2

25 avqust 2025. Saat 19:00. Qəbələ şəhər stadionu, 1000 tamaşaçı

Baş hakim: İnqilab Məmmədov

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Teymur Teymurov

Dördüncü hakim: Elvin Bayramov

VAR: Fərid Hacıyev

AVAR: Elşad Abdullayev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Azər Əsgərov

Sarı vərəqələr: Şahin Şahniyarov, 46 (qeyri-idman hərəkəti); Nuğay Rəşidov, 90+2

(qeyri-idman hərəkəti); Xayme Syerra, 90+5 (qeyri-idman hərəkəti) // Ruan Renato, 22

(qeyri-idman hərəkəti); Giorgi Papunaşvili, 70 (qeyri-idman hərəkəti); Ayron Qomis, 90+4

(qeyri-idman hərəkəti)

Qollar: Nicat Əliyev, 17 // Ceyhun Nuriyev, 32; 45+1

Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.

 

“Qəbələ” 2025/26 mövsümündə ilk ev oyununu keçirib.

 

“Qırmızı-qaralar” Misli Premyer Liqasının II turunda “Zirə”ni qəbul edib. Baş məşqçi Kaxaber Tsxadadze ilk turun “Karvan-Yevlax”la matçı ilə (1:1) müqayisədə start heyətində dəyişikliyə ehtiyac duymayıb.

 

Görüşün ilk yarısı məhsuldar alınıb. Qarşılıqlı hücumlarla keçən hissədə üç qol vurulub. Nicat Əliyev hesabı açsa da, komandamız fasiləyədək üstünlüyü əldən verib. Paytaxt təmsilçisi hissənin sonlarında iki dəfə fərqlənib.

 

İkinci hissə əsasən qarşılıqlı hücumlarla keçsə də, “Qəbələ” oyuna dönüş yaratmaq üçün daha çox fəallıq göstərib. Lakin futbolçularımızın səyləri hesaba tarazlıq gətirmək üçün yetərli olmayıb. “Qırmızı-qaralar” mövsümün ilk ev oyunundan xalsız ayrılıb – 1:2.

 

Qeyd edək ki, “Qəbələ” III turda “Araz-Naxçıvan”ın qonağı olacaq. Avqustun 30-da baş tutacaq matç “Liv Bona Dea Arena”da keçiriləcək. Görüş saat 20:30-da start götürəcək.

 

“Qəbələ”

1. Səlahət Ağayev

28. Murad Musayev (k)

13. Nicat Əliyev

10. Şahin Şahniyarov

(22. Fərid İsgəndərov, 70)

27. Eşqin Əhmədov

(66. Nuğay Rəşidov, 70)

50. Adriel Ba Loua

3. Eduardo Kunde

6. Xayme Syerra

16. İsaak Amoah

(70. Paulo Quimbila, 88)

14. Domi Massumo

(97. Elşad Tağıyev, 88)

30. Prins Ovusu

(12. İbrahim Sanqare, 70)

Ehtiyat oyunçular:

94. Həbib Hüşənov

11. Asif Məmmədov

74. Süleyman Damadayev

36. Elnur Mustafayev

17. Qədir Ramazanov

21. Ziya Şəkərxanov

Baş məşqçi: Kaxaber Tsxadadze

 

“Zirə”

97. Tiaqo Silva

32. Qismət Alıyev (k)

8. İsmayıl İbrahimli

(70. Namik Ələskərov, 70)

29. Ceyhun Nuriyev

(21. Hacıağa Hacılı, 70)

4. Ruan Renato

9. Davit Volkov

10. Giorgi Papunaşvili

(6. Eldar Quliyev, 78)

20. İssa Cibrila

5. Ange Mutsinzi

11. Junior Martins

(77. Yeqor Boqomolski, 78)

17. Ayron Qomis

Ehtiyat oyunçular:

41. Anar Nəzirov

31. Eldar Tərlanov

16. Fuad Bayramov

14. Elçin Əlicanov

26. Stefan Aka

28. Leroy Mikels

93. Brahim Konate

Baş məşqçi: Rəşad Sadıqov