“Qəbələ” – “Kəpəz” – 2:1
Paulo Quimbila, Nuğay Rəşidov
Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” yay fasiləsində ilk yoxlama oyununu keçirib.
Komandamız “Kəpəz”lə üz-üzə gəlib. Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub.
Oyunun ilk yarısında Paulo Quimbila hesabı açıb. Fasilədən sonra Nuğay Rəşidov fərqi iki topa çatdırıb. Qonaqlar matçın sonunadək bir fəfə fərqlənsə də, “qırmızı-qaralar” görüşdən qalib ayrılıb – 2:1.
Qeyd edək ki, “Qəbələ” mövsümlərarası fasilədə növbəti oyununu iyulun 19-da səfərdə “Sumqayıt”a qarşı keçirəcək.