Qəbələdə üç qol
Xəbərlər / 4 Avqust 2026 | 22:038
Qəbələdə üç qol

“Qəbələ” – “Şamaxı” – 1:2

 

“Qəbələ” mövsümlərarası dövrdə sonuncu yoxlama oyununu keçirib.

 

Komandamız “Şamaxı” ilə üz-üzə gəlib. Qarşılaşma Qəbələ şəhər stadionunda baş tutub.

 

Matçda üç qol vurulub. İlk yarıda qonaqlar iki dəfə fərqlənib. Fasilədən sonra Uboçioma Meşak fərqi minimuma endirib – 1:2.

 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustun 14-17-də keçiriləcək I turla start veriləcək. “Qəbələ” “Turan Tovuz”la qarşılaşacaq.