“Qəbələ” 1-1 “Bakı”
2 noyabr 2014. Saat 15:30. Qəbələ şəhər stadionu, 1000 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Nahid Əliyev
Dördüncü hakim: Teymur Fərhadov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Fazil Mürşüdov
Sarı vərəqələr: Elvin Camalov, 28 (sistematik qayda pozuntusu); Adrian Ropotan, 41 (qeyri-idman hərəkəti); Ruslan Tağızadə, 45+1 (hakimə etiraz etdiyinə görə), Ruslan Abışov, 86 (qeyri-idman hərəkəti) // Lukas Mario Horvat, 10 (qeyri-idman hərəkəti); Elşad Manafov, 25 (qeyri-idman hərəkəti), 90 (qeyri-idman hərəkəti); Vüqar Bəybalayev, 50 (qeyri-idman hərəkəti); Jaba, 90+3 (hakimə etiraz etdiyinə görə)
Qırmızı vərəqə: Elşad Manafov, 90
Qollar: Dodo, 5 // Nuran Qurbanov, 45
Artırılan vaxt: I hissədə 2 dəq.; II hissədə 5 dəq.
Bu gün Topaz Premyer Liqasında XI turun oyunlarına start verilib. Eyni gündə baş tutan turun ilk qarşılaşması Qəbələdə baş tutub. “Bakı”nı qəbul edən “Qəbələ” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə öncəsi son matçına çıxıb. Rumıniyalı baş məşqçi Dorinel Muntyanu ötən tur “Araz-Naxçıvan”la qarşılaşmada qələbə qazanan heyətdə ciddi dəyişikliyə əl atmayıb. Mütəxəssis yalnız Elvin Camalovu start heyətinə qaytarıb. “Qəbələ” Futbol Akademiyasının yetirməsi ötən görüşün gedişində əvəzlədiyi Ruslan Abışovun yerinə “11-liy”ə daxil edilib. Matçın ilk dəqiqələrindən “Qəbələ” futbolçuları qələbə istəklərini nümayiş etdirib. Hakimin start fitindən az sonra qonaqların qapısı önündə ilk təhlükə yaranıb. Cavid Hüseynovun ötürməsindən sonra Yazalde Pinto uzaq küncü nişan alsa da, bakılıların qapıçısı topu küncə çıxarıb. Lakin “qırmızı-qaralar”ın fəallığının nəticəsi özünü çox gözlətməyib. Cərimə meydanının xətti yaxınlığında topa yiyələnən Cavidin ötürməsindən sonra Dodonun vurduğu zərbə qarşısıalınmaz olub – 1:0. Bu qol “Qəbələ”nin cari mövsümdə vurduğu ən erkən top olub. Az sonra əlverişli mövqeyə çıxan Ekiqo Ehiosunun hesabı artırması üçün isə onun topa toxunuşu çatmayıb. Bundan sonra qonaqlar oyunda tarazlıq yarada bilib. Qarşılıqlı hücumlar şəraitində davam edən ilk yarının sonunda “Bakı” hesabda da tarazlıq yaradıb. Sağ cinahdan ötürmədən sonra 11 metrlik nöqtənin yaxınlığında boş qalan Nuran Qurbanov qapını dəqiq nişan alıb – 1:1.
Qarşılaşmanın ikinci hissəsinə də oyunun ssenarisi dəyişməyib. Düzdür, 45 dəqiqəyə fəal başlayan “Qəbələ” ardıcıl hücumlar təşkil edib. Lakin tezliklə meydanda yaranan bərabərlik qarşılıqlı hücumların davam etməsi ilə nəticələnib. Lakin tərəflərin səylərinə baxmayaraq, qapılar önündə real təhlükə yaranmayıb. Oyunun axarını dəyişmək istəyən Muntyanu təcrübəli Abışovla Mendin, ardınca isə Kristeanı da meydana buraxıb. Bundan sonra üstünlüyə yiyələnən “qırmızı-qaralar” görüşün son dəqiqələrini aramsız hücumlarla keçirsə də, hesab dəyişməyib.
Beləliklə, mövsümdə 3-cü dəfə ev oyununda heç-heçə ilə kifayətlən “Qəbələ” aktivindəki xalların sayını 18-ə çatdırıb.
“Qəbələ”
1. Kamran Ağayev (k)
4. Elvin Camalov
(15. Ruslan Abışov, 57)
10. Dodo
14. Cavid Hüseynov
16. Ruslan Tağızadə
21. Yazalde Pinto
25. Adrian Ropotan
(9. Viktor Mendi, 73)
26. Pavol Farkaş
44. Rafael Santos
88. Müşfiq Teymurov
90. Ekiqo Ehiosun
(11. Andrei Kristea, 86)
Ehtiyat oyunçular:
30. Anar Nəzirov
5. Sadiq Quliyev
8. Vidal Kunya Markus
12. Aleksandru Benqa
Baş məşqçi: Dorinel Munteanu
“Bakı”
1. Aqil Məmmədov
6. Vüqar Bəybalayev
5. Georgios Palagios
21. Elşad Manafov
18. Əziz Quliyev
8. Lukas Mario Horvat (k)
30. Cəmşid Məhərrəmov
22. Risto Ristoviç
(45. Mahir Mədətov, 75)
7. Nuran Qurbanov
(15. Azad Kərimov, 89)
11. Tural Qürbətov
(20. Valeh Seyidov, 90+2)
85. Jaba
Ehtiyat oyunçular:
12. Elxan Əhmədov
55. Aydın Mustafazadə
9. Raul Yaqubzadə
4. Ülvi Süleymanov
Baş məşqçi: İbrahim Uzunca