“Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş cüdo üzrə açıq turnir keçirilib. Mayın 1-2-də Qəbələdə baş tutan turnirin iştirakçıları 2 yaş qrupunda qüvvələrini sınayıblar. Yeniyetmə cüdoçular 2002-2003 və 2004-2005-cü il təvəllüdlülər arasında güclüləri müəyyənləşdiriblər. 21 komandanın qatıldığı yarışda 242 idmançı mübarizə aparıb. Azərbaycanın 20 komandası ilə yanaşı, Rusiyanı təmsil edən komanda da yarışa qatılıb. Komanda hesabında 1-ci yeri “Qəbələ” İdman Klubu tutub. “Aura” İdman Klubunun cüdoçuları 2-ci olublar. 3-cü pilləni isə “Sumqayıt” tutub.