Qəbələdə «Zəfər turniri»
Xəbərlər / 18 Dekabr 2020 | 16:07224
Qəbələdə «Zəfər turniri»

“Qəbələ” Futbol Akademiyası Vətən müharibəsindəki qələbəyə həsr olunan “Zəfər turniri”nə start verib.  Mini turnirin təşkilində məqsəd aşağı yaş qrupları üzrə liqaların keçirilmədiyi dövrdə yaranan boşluqda akademiyanın U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinin oyun praktikasının azalmaması ilə yanası, onlarda vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır. Futbolçularımız hər birində 7 oyunçu olmaqla, 8 komanda təşkil edib. Bu komandalara futbolçularımızın istəyi ilə işğaldan azad olunmuş şəhər və rayonlarımızın adı verilib: “Şuşa”, “Ağdam”, “Kəlbəcər”, “Laçın”, “Füzuli”, “Cəbrayıl”, “Qubadlı”, “Zəngilan”. 

Turnirin ilk üç turu arxada qalıb: “Ağdam” – “Cəbrayıl” 3:6, “Füzuli” – “Şuşa” 1:2, “Laçın” – “Cəbrayıl” 8:0, “Kəlbəcər” – “Füzuli” 5:2, “Qubadlı” – “Füzuli” 9:3, “Ağdam” – “Kəlbəcər” 4:5, “Kəlbəcər” – “Cəbrayıl” 8:4, “Ağdam” – “Zəngilan” 7:8, “Şuşa” – “Qubadlı” 3:5, “Zəngilan” – “Laçın” 3:3, “Şuşa” – “Laçın” 1:7, “Zəngilan” – “Qubadlı” 7:5.

Keçirdiyi hər üç qarşılaşmada qələbə qazanan “Kəlbəcər” liderliyi ələ alıb. Lideri 2 xal geri qalan “Laçın”la “Zəngilan” izləyir. Dekabrın 14-dən tətbiq olunacaq sərt karantin rejimi nəzərə alınaraq akademiya qış tətilinə yollanıb. Mümkün xəstəliklərin qeydə alınmaması üçün tətilin daha tez başlaması məqsədəuyğun sayılıb. Gələn ilin yanvarında bir araya toplanacaq akademiyanın futbolçuları turniri davam etdirəcək.

 

1 Kəlbəcər 3 3 0 0 18-10 9

2 Laçın 3 2 1 0 18-4 7

3 Zəngilan 3 2 1 0 18-15 7

4 Qubadlı 3 2 0 1 19-13 6

5 Şuşa 3 1 0 2 6-13 3

6 Cəbrayıl 3 1 0 2 10-19 3

7 Ağdam 3 0 0 3 14-19 0

8 Füzuli 3 0 0 3 6-16        0