«Qələbə qazanmağı çox istəyirdik»
Xəbərlər / 21 Fevral 2012 | 20:00622
Unibank Premyer Liqasının 21-ci turunda "Qəbələ" doğma divarlar arasında "Xəzər Lənkəran" üzərində əzmkar qələbə qazandı. Qələbədə vacib rol oynayan komandanın baş məşqçisi Fatih Kavlak matç sonrası mətbuat konfransında qarşılaşma barədə fikirlərini bölüşüb:
"Matç yüksək tempdə keçdi. İnanıram ki, azarkeşlər də qarşılaşmadan həzz aldılar. Qələbə qazandığımız üçün şadıq. "Xəzər-Lənkəran" çox güclü komandadır, qarşı tərəfi daim təzyiq altında saxlayan kollektivdir. Komandanın baş məşçisini də belə aqressiv oyun nümayiş etdirən komanda yaratdığına görə təbrik edirəm. Bizim də hücum xəttimiz güclüdür. İki güclü komandanın vuruşmasını izlədik. Bizim üçün çox vacib qarşılaşma idi. Qələbə qazanmağı çox istəyirdik".