«Qələbəni unudub növbəti oyun barədə düşünürük»
Xəbərlər / 19 Mart 2014 | 17:29269
«Qələbəni unudub növbəti oyun barədə düşünürük»

Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan cavab oyunundan - "Qarabağ"-"Qəbələ" (1:2) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin qarşılaşma barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: 
"İki gərgin oyun alındı. Hər iki komandanın növbəti mərhələyə vəsiqə qazanmaq şansı var idi. Bu mövsüm ilk dəfə "Qarabağ"ı məğlub etməyi bacardıq. Futbolçuların əzmindən, bir-biri ilə anlaşmasından və intizamlı oyunundan razı qaldım. Matçdan öncə ciddi zədə problemi ilə üzləşdik. Əsas heyətin 4 üzvü meydançadan kənar qaldı. Amma onları əvəz edənlər layiqli mübarizə apardılar. Artıq kubok mübarizəsini müəyyən müddətə unudub Premyer Liqaya köklənmişik. Martın 23-ü "İnter"lə oyunumuz var və bu qarşılaşma barədə düşünürük. Futbolçularımızı oyuna hazırlamalıyıq, xüsusilə zədəlilərimizi bərpa etməliyik. Novruz Bayramınız mübarək".