«Qırmızı-qaralar»ın Türkiyədə ilk sınağı
Xəbərlər / 10 İyul 2013 | 14:27295
«Qırmızı-qaralar»ın Türkiyədə ilk sınağı

Artıq 2 gündür Türkiyənin Sparta bölgəsində hazırlıqlarını davam etdirən "Qəbələ" qardaş ölkədə ilk yoxlama oyununu keçirib. Yuri Syominin komandası Ukrayna təmsilçisi "Metallurq"la (Zaparojye) üz-üzə gəlib. Matç 1:1-lik heç-heçə ilə yekunlaşıb. "Qəbələ" 28-ci dəqiqədə Nizami Hacıyevin dəqiq zərbə ilə hesabı açsa da, rəqib 36-cı dəqiqədə hesabı bərabərləşdirməyə müəssər olub. Platon status-kvonu bərpa edib. Bu matçda vurulan son qol olub və "Qəbələ" Türkiyədəki ilk qarşılaşmadan sülhlə ayrılıb. 

"Qırmızı-qaralar" növbəti sınaq oyununu iyulun 7-i keçirəcək. İkinci matçda "Qəbələ" "Trabzonspor"la münasibətlərinə aydınlıq gətirəcək.