Növbəti mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Qəbələ" hazırlıq çərçivəsində ikinci oyununu keçirib. İyulun 3-də Zaporojye “Metallurq”u (1:1) ilə heç-heçə edən “qırmızı-qaralar” bu dəfə Türkiyə Superliqa təmsilçisi “Trabzonspor”la münasibətlərinə aydınlıq gətirib. Görüş Sparta şəhərinin Mustafa Kamal Atatürk stadionunda baş tutub.
“Qəbələ”nin start heyəti: David Pietrzkieviç, Rail Məlikov, Omar Kalabane, Vladimir Levin, Ürfan Abbasov, Viktor Mendi, İbrahima Niasse, Lorenzo Ebesilio, Nizami Hacıyev, Abdulvahid Afolabi, Luis Hilario Dodo
Matçda "qırmızı-qaralar" 2:0 hesabı ilə məğlub olub.
Qeyd edək ki, “Qəbələ” iyulun 14-dək bu ölkədə hazırlıq keçəcək.