«Qol imkanlarından istifadə edə bilmədik»
Xəbərlər / 12 Aprel 2014 | 20:22240
Premyer Liqanın XXX turu çərçivəsində baş tutan "Qəbələ"-AZAL (0:0) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Yuri Syomin oyun barədə düşüncələrini açıqlayıb. Rusiyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük: “Yaratdığımız qol imkanlarından istifadə edə bilmədik. Xüsusən də ilk hissədəki epizodlarda qol vurmalı idik. Bu səbəbdən də oyun heç-heçə başa çatdı. Komanda əlindən gələn qədər nəticə göstərməyə çalışır, yaxşı məşq edir. Təəssüf ki, bunun nəticəsini görmürük. Ebesilio və Niassenin olmaması oyunumuza təsir edir, hər ikisi yaradıcı futbolçudur. Bugünkü oyuna da yaxşı köklənmişdik. Keyfiyyətli oyun göstərmək lazımdır, ustalıq səviyyəsini artırmalıyıq. Komanda kubok oyunlarında uğur qazanıb özünəinamı bərpa etməlidir”