«Qol imkanlarından yararlanmağın dəyərini gördük»
Xəbərlər / 7 May 2016 | 13:49119
«Qol imkanlarından yararlanmağın dəyərini gördük»

Topaz Premyer Liqasının XXXIII turunun “Zirə” – “Qəbələ” oyunundan sonra (0:3) “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Zirə” ilə görüşdə yaxşı oynadıq və 3 qol da vurduq. Bu mövsümdə 10-a yaxın matçda bundan iki dəfə yaxşı oynasaq da, qələbə qazanmamışıq. Arxada qalan matçlarımızda belə təzadlar olub. Lakin təzad ifadəsi bugünkü matça aid deyil. Bu dəfə qol imkanlarından yararlanmağın dəyərini gördük. Qollar vuruldu və nəticədə də qalib gəldik. Rəqibin oyununu dəyərləndirə bilmərəm. Bu komandaya hörmətlə yanaşdığımı söyləyərdim. “Neftçi” ilə kubokdakı qarşılaşmadan sonra futbolçularla sakit tərzdə söhbət etdim. Həmin matçda pis oynamamışdıq. Xeyli qol imkanlarımız olsa da, onlardan istifadə edə bilməmişdik. Həm də yarımfinalın ilk görüşündə hakimlər də bizə mane olmuşdu. Bunlar da finala çıxmamağımızın səbəbləridir. Əgər biz yaxşı oynamışıqsa, futbolçularla sərt danışmağa ehtiyac yoxdur. İki kubok matçında qol vura bilmədiyimiz 10 epizod yaratdıq. Futbolda belə hallar olur. Bilirik ki, ustalıq səviyyəsini qaldırmalıyıq. Həmin matçlardan sonra futbolçularımı tərifləyib, istədiyimə yaxın oynadıqlarını dedim. Hücumları sonluğa çatdırmağın üzərində isə hələ çalışmalıyıq”.