Misli Premyer Liqasının IX turunun “Qəbələ” – “Neftçi” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis matç barədə fikirlərini açıqlayıb:
“Neftçi”ni qələbə münasibətilə təbrik edirəm. Öz oyunumuza gəlincə, təəssüf ki, qol epizodlarını dəyərləndirə bilmədik. Buraxdığımız qollar da fərdi səhvlərin nəticəsində oldu. Qol vəziyyətlərindən yararlanmaq üçün soyuqqanlılıq çatmırdı. Müdafiədə bəzi boşluqlar verdik. Bundan sonra çalışıb bu səhvləri aradan qaldırmalıyıq. Məyusedici məğlubiyyət oldu. Əldə etdiyimiz imkanların sadəcə 20 faizini dəyərləndirə bilsəydik, nəticə bəlkə də başqa cür ola bilərdi”.