«Qol vurduqdan sonra köklənmə ilə bağlı problem oldu»
Xəbərlər / 28 Sentyabr 2014 | 17:42198
«Qol vurduqdan sonra köklənmə ilə bağlı problem oldu»

Premyer Liqanın VII turu çərçivəsində baş tutan “Qəbələ” – “Xəzər Lənkəran” (1:1) matçından sonra "qırmızı-qaralar"ın baş məşqçisi Dorinel Muntyanu oyun barədə düşüncələrini açıqlayıb. Rumıniyalı mütəxəssisin fikirlərini sizlərlə bölüşürük:

“Biz oyuna qələbə qazanmaq üçün çıxmışdıq. Oyuna yaxşı köklənmişdik. Hər şey yaxşı gedirdi, qol vurduq. Lakin qol vurduqdan sonra köklənmə ilə bağlı problem oldu. Daha sonra rəqib səhvimizdən yararlanıb, qapımıza yol tapdı. İki xal itirdiyimizə görə çox pərt olmuşam. Çempionatda 3 həftəlik fasilə yaranması həqiqətən də mənfi haldır. Belə təcrübəyə dünyanın heç bir yerində rast gəlmək olmaz. Bəzi ölkələrdə heç qış fasiləsində 3 həftə fasilə olmur. O ki qala çempionatın gedişində”.