Qurbanovdan qızıl medal
Xəbərlər / 9 Dekabr 2022 | 17:361905
Qurbanovdan qızıl medal

Kikboksinq üzrə Azərbaycan kuboku keçirilib. Yarış Bakı İdman Sarayında baş tutub. “Qəbələ” İdman Klubunun kikboksçusu Əbdülhüseyn Qurbanov kubokda uğurla çıxış edib. +91 kq çəkidə mübarizə aparan idmançımız bütün rəqiblərinə qalib gəlib. Qızıl medal qazanan təmsilçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.