Azərbaycan milli komandasının heyəti açıqlanıb. DÇ-2018-in seçmə mərhələsi çərçivəsində noyabrın 11-də keçiriləcək Şimali İrlandiya ilə qarşılaşmaya 25 futbolçu dəvət alıb. Baş məşqçi Robert Prosineçkinin açıqladığı heyətdə “Qəbələ”nin iki futbolçusu - Məhəmməd Mirzəbəyovla Ruslan Qurbanov da yer alıblar. Bunadək yığmada 14 oyuna 1 qol vuran Qurbanov və 12 matçda meydana çıxan Mirzəbəyov növbəti qarşılaşmalarını Belfastda keçirmək imkan qazanıb.
Xatırladaq ki, “qırmızı-qaralar”ın daha bir futbolçusu Sergey Zenyov Estoniya millisinin noyabrın 13-də Belçika ilə səfərdə keçiriləcək matçına çağırılıb.