Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında final qarşılaşmalarına start verilib. Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun üzvü Rafael Ağayev 5-ci dəfə dünya çempionu tituluna yiyələnib. 75 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Misir təmsilçisi Onar Abdel Rahman ilə qarşılaşıb. 4:1 hesabı ilə qalib gələn Ağayev 5-ci dəfə planetin ən yaxşısı adına yiyələnib.
Xatırladaq ki, 13 qat Avropa çempionumuz finala qədər Macarıstan, Hollandiya, Özbəkistan, Ermənistan və İran idmançılarını mübarizədən kənarlaşdırıb.