Rafael Ağayev Avropa çempionatında 21-ci medalını qazandı
Xəbərlər / 22 May 2021 | 16:06201
Rafael Ağayev Avropa çempionatında 21-ci medalını qazandı

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti mükafatını qazanıb. İdmançımız Xorvatiyanın Poreç şəhərində keçirilən böyüklərin 56-cı Avropa çempionatında fərqlənib. 75 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz yarışı gümüş medalla başa vurub.

 

Finaladək 4 döyüş keçirən Ağayev Panayotis Loizidesi (Kipr) 2:0, Mario Hodziçi (Monteneqro) 4:2, Luka Rettenbeçeri (Avstriya) 5:1, Noa Biçi (Almaniya) məğlub edib. 5 qat dünya və 11 qat Avropa çempionu finalda Stanislav Horunaya (Ukrayna) 1:3 hesabı ilə uduzub.

 

Bu, Rafaelin qitə çempionatlarında 21-ci medalı olub. Onun hesabında 11 qızıl, 3 gümüş və 7 bürünc medal var.