Rafael Ağayev «Karate Combat»da çempionluq kəməri qazandı
Xəbərlər / 18 Dekabr 2022 | 09:572073
Rafael Ağayev «Karate Combat»da çempionluq kəməri qazandı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti titulunu qazanıb. 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı peşəkarların mübarizə apardığı "Karate Combat"da uğura imza atıb.

O, “Karate Combat 37” çərçivəsində titul görüşünə çıxıb. 37 yaşlı idmançımız ABŞ təmsilçisi Reymond Denielslə üz-üzə gəlib. Bu döyüşdə rəqibini məğlub edən Ağayev çempionluq kəmərini qazanıb.

Xatırladaq ki, Rafael 2018-ci ildən çıxış etdiyi "Karate Combat"da keçirdiyi bütün döyüşlərdə qalib gəlib.