Yaponiyanın paytaxtı Tokioda Karate1 Premyer Liqa turnirinə start verilib. Azərbaycan yığmasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev (75 kq) yarışa uğurla başlayıb. Beşqat dünya, on bir qat Avropa çempionu turnirin ilk günündə Fransa, Özbəkistan və Mərakeşdən olan məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə ukraynalı karateçini də üstələyən Rafael finala vəsiqə əldə edib. O, sentyabrın 8-də keçiriləcək həlledici görüşdə Ken Nişimura (Yaponiya) ilə üz-üzə gələcək.