Rafael Ağayev Tokio-2020-yə lisenziyanı təmin etdi
Xəbərlər / 29 Fevral 2020 | 13:20639
Rafael Ağayev Tokio-2020-yə lisenziyanı təmin etdi

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi  Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Bu, Avstriyanın Zalsburq şəhərində keçirilən Karate1 Premyer Liqa turnirinin ilk günündən sonra dəqiqləşib. 2 qələbə qazanan idmançımız yarışda yarımfinala çıxa bilməsə də, bu, Olimpiadaya vəsiqə üçün yetərli olub. Belə ki, Olimpiya reytinq xallarını 6795-ə çatdıran karateçimiz, ən yaxın izləyiciləri Tomas Skott (ABŞ, 5017,50 xal) və Stanislav Horunanı (Ukrayna, 4957,50) kifayət qədər qabaqlayır. Bu da onun Tokio-2020-də iştirakını təmin edib. Çünki Avropa idmançıları üçün qarşıda lisenziya xalları verən yalnız 2 yarış və Yay Olimpiya Oyunlarına birbaşa vəsiqə verəcək təsnifat turniri qalıb. Bu səbəbdən də Ağayev digərləri üçün əlçatmaz olub. 

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək.