Rafael Ağayev yenidən «Karate Combat»da
Xəbərlər / 14 Yanvar 2022 | 20:19227
Rafael Ağayev yenidən «Karate Combat»da

Azərbaycan yığmasının və “Qəbələ”nin karateçisi Rafael Ağayev "Karate Combat" turnirində iştirak edəcək. 75 kq çəki dərəcəsində mübarizə aparan 5 qat dünya və 11 qat Avropa çempionu təşkilatçılarla uzunmüddətli müqavilə imzalayıb.

O, turnirin 2022-ci ildə təşkil olunacaq 4-cü mövsümündə tatamı üzərinə çıxacaq. 37 yaşlı idmançımız 2018-ci ildə də "Karate Combat"da qüvvəsini sınayıb. Ağayev 4 il öncə Dominikan karateçisi Dionisio Qustavoya qalib gəlib.