Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğuruna imza atıb. İdmançımız Mərakeşdə keçirilən Karate1 Premyer Liqa turnirində fərqlənib. 75 kq çəki dərəcəsində çıxış edən Ağayev Rabat şəhərində təşkil olunan yarışda bürünc medal qazanıb. O, 3-cü yer uğrunda qarşılaşmada fransalı Loqan Da Kostaya 2:0 hesabı ilə qalib gələrək fəxri kürsüyə yüksəlib.
Xatırladaq ki, aprelin 19-21-də keçirilən Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından olan yarışda 8 ölkədən 661 idmançı mübarizə aparıb.