Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti mükafatını qazanıb. 33 yaşlı idmançımız Fransanın paytaxtı Parisdə keçirilən Karate 1 Premyer Liqa turnirinin gümüş mükafatçısı olub. 75 kq çəki dərəcəsində çıxış edən Ağayev finala qədər 5 rəqibini məğlub edib. Həlledici görüşdə yaponiyalı Ken Nişimura ilə üz-üzə gələn karateçimiz tatamini məğlubiyyətlə tərk edib. Bununla da 5 qat dünya, 10 qat Avropa çempionu Parisdəki turniri gümüş medalla başa vurub.
Xatırladaq ki, Dünya Karate Federasiyasının (WKF) bu nüfuzlu turnirində 81 ölkədən 756 idmançı mübarizə aparıb.