Rafael Ağayevdən ikinci qələbə
Xəbərlər / 29 Yanvar 2022 | 11:59368
Rafael Ağayevdən ikinci qələbə

Azərbaycan yığmasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti döyüşünü keçirib. 5 qat dünya və 11 qat Avropa çempionu peşəkarlar arasında “Karate Combat”da ikinci sınağına çıxıb. 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz macarıstanlı Jolt Habda ilə qarşılaşıb. Ağayev bu görüşdə qələbə qazanıb. Bu, onun "Karate Combat"da ikinci qələbəsidir.

Xatırladaq ki, Rafael 2018-ci ildə Dominikan karateçisi Dionisio Qustavonu məğlub edib.