Karateçilərimiz Dubayda növbəti Karate 1 Premyer Liqa turnirində 2 mükafat qazanıblar."Qəbələ"ni və Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edən Rafael Ağayev (-75 kq) nüfuzlu turnirin qalibi olub.
Milli komandanın kapitanı Şahin Atamov (+84 kq) isə gümüş medala sahib olub.
Bu nəticə ilə Azərbaycan karateçiləri 5-ci yer tutublar. Ümumi mükafat fondu 100 000 dollar olan Dubay Premyer Liqasında 59 ölkədən 661 idmançı iştirak edib.
Qarşıda karateçilərimizi 22-23 aprel tarixlərində 7-ci "Bakı Open" beynəlxalq turniri gözləyir. Onun ardından isə milli komandamız mayın əvvəlində Fransaya Avropa çempionatına son hazırlıqları keçəcək.