Rafael Ağayevdən qızıl medal
Xəbərlər / 16 Fevral 2020 | 18:29402
Rafael Ağayevdən qızıl medal

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti titulunu qazanıb. O, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan Karate1 Premyer Liqa turnirinin qalibi olub. 75 kq çəki dərəcəsində çıxış edən idmançımız bu gün baş tutan final qarşılaşmasında italiyalı Luici Busa ilə üz-üzə gəlib. 3:2 hesablı qələbə qazanan Rafael qızıl medala yiyələnərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər təmsilçimiz Rafiz Həsənov 3-cü yer uğrunda görüşdə qüvvəsini sınayıb. 67 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Burak Uyğura (Türkiyə) 0:2 hesabı ilə uduzaraq bürünc medalın bir addımlığında dayanıb. 

Xatırladaq ki, yarışda 85 ölkədən 571 karateçi iştirak edib.