Rafael Ağayevdən üçüncü qələbə
Xəbərlər / 26 İyun 2022 | 06:57197
Rafael Ağayevdən üçüncü qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti döyüşünü keçirib. Peşəkarlar arasında "Karate Combat"da mübarizə aparan idmançımız 4-cü mövsümün 4-cü döyüş gecəsində qüvvəsini sınayıb. 75 kq çəki dərəcəsində çıxış edən Ağayevin 3-cü sınağı ABŞ-ın Orlando şəhərində baş tutub. 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı fransalı Davi Dona ilə görüşüb. Hakimlərin qərarı ilə qalib gələn Rafael 3-cü qələbəsini qazanıb.

Xatırladaq ki, karateçimiz "Karate Combat"da Dominikan təmsilçisi Dionisio Qustavo və Macarıstan idmançısı Jolt Habdaya qalib gəlib