Rafael Ağayevin titul döyüşü
Xəbərlər / 17 Dekabr 2022 | 13:411889
Rafael Ağayevin titul döyüşü

Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev bu gün növbəti döyüşünü keçirəcək. 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı peşəkarların mübarizə apardığı "Karate Combat"da 4-cü sınağına çıxacaq. 

İdmançımız titul döyüşündə qüvvəsini sınayacaq. 37 yaşlı idmançı ABŞ təmsilçisi Raymond Danielslə üz-üzə gələcək.

“Karate Combat 37” çərçivəsindəki döyüş ABŞ-ın Florida ştatında təşkil olunacaq. Qarşılaşmadan bir gün əvvəl idmançıların iştirakı ilə çəki mərasimi keçirilib.

Xatırladaq ki, ilk dəfə 2018-ci ildə "Karate Combat" turnirində çıxış edən Rafael keçirdiyi üç döyüşün hamısında qalib gəlib.