Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun üzvü Rafiz Həsənov Avstriyanın Zalsburq şəhərində Karate1 Premyer Liqa turnirinə uğurla başlayıb. İdmançımız mövsümün 3-cü mərhələsinin ilk günündə 4 qarşılaşmada qüvvəsini sınayıb. 67 kq çəki dərəcəsində çıxış edən Rafiz "Sporthalle Alpenstrasse" arenasında keçirdiyi ilk üç görüşdən sonra yarımfinala vəsiqə qazanıb. O, bu mərhələdə Burak Uyquru (Türkiyə) 6:2 hesabı ilə məğlub edib. Karateçimiz martın 1-də baş tutacaq final döyüşündə Luka Mareska (İtaliya) ilə üz-üzə gələcək.