Rafiz Həsənovdan gümüş medal
Xəbərlər / 6 Dekabr 2022 | 22:331607
Rafiz Həsənovdan gümüş medal

Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafiz Həsənov növbəti uğuruna imza atıb. Avropa çempionumuz Rusiyanın paytaxtı Moskvada fərqlənib.

O, “Moscow - Karate Universe” beynəlxalq turnirində gümüş medal qazanıb. 75 kq çəkidə çıxış edən idmançımız finala gedən yolda Ermənistanın ən yaxşı karateçisi Davit Makyana 5:0 hesabı ilə qalib gəlib. Rafiz yalnız həlledici qarşılaşmada rusiyalı Ernest Şarofutdinova məğlub olaraq yekunda gümüş medal qazanıb.

Xatırladaq ki, turnirdə 15 ölkədən 307 idmançı iştirak edib.