Rail Məlikov «Acıbadem»də əməliyyat olundu
Xəbərlər / 17 Sentyabr 2013 | 10:47533
Rail Məlikov «Acıbadem»də əməliyyat olundu

Ötən həftə məşq zamanı ağır zədə alan və ön çarpaz bağları qırılan Rail Məlikov İstanbulda - "Acıbadem" Fulya Xəstəxanasında əməliyyat olunub. Travmotoloq-cərrah professor Ömer Taşer tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb. Əməliyyatın ardından futbolçunun bərpa prosesinin sürətləndirilməsi məqsədilə fizioreabitoloji müalicəyə start verilib. Məlikovun 5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.