Ramazanov U-19-da
Xəbərlər / 27 Avqust 2024 | 14:253809
Ramazanov U-19-da

“Qəbələ”nin futbolçusu Qədir Ramazanov Azərbaycanın U-19 yığmasına çağırılıb. O, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edəcək.

 

Komanda avqustun 31-dən sentyabrın 1-dək Bakıda, sentyabrın 2-dən 10-dək isə İspaniyanın Mursiya şəhərində hazırlıq keçəcək. Millimiz toplanış çərçivəsində 3 yoldaşlıq görüşünə çıxacaq. Yığmamız sentyabrın 4-də Şotlandiya, 6-da Niderland, 9-da Uelslə görüşəcək