Ramazanov U-21-də
Xəbərlər / 8 Oktyabr 2023 | 23:161485
Ramazanov U-21-də

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin futbolçusu İbrahim Ramazanov da yığmaya çağırılıb.

Onun heyətində yer aldığı millimiz Avropa çempionatının seçmə mərhələsində iki oyun keçirəcək. U-21 oktyabrın 12-də, “Azersun Arena”da Şimali İrlandiya, 17-də isə Lüksemburq yığması ilə qarşılaşacaq.