Ramiz Məmmədov baş məşqçi təyin olundu
Xəbərlər / 25 Sentyabr 2012 | 07:471092
Ramiz Məmmədov baş məşqçi təyin olundu

Fatih Kavlakın istefasından sonra “Qəbələ"də yeni baş məşqçi təyinatı rəsmiləşib. Komandanın sabiq baş məşqçisi Ramiz Məmmədov bu posta təyin olunub.

Bu il iyulun 10-da “Qəbələ”nin idman direktoru vəzifəsində fəaliyyətə başlayan 44 yaşlı mütəxəssis daha əvvəl 4 mövsüm komandaya rəhbərlik etmişdi.

2006/07 mövsümünün gedişində baş məşqçi postuna təyin olunan Məmmədov baş məşqçi kimi “Qəbələ”ni hamıdan çox - Azərbaycan çempionatının 100, kubokun 18 oyununa çıxarıb. 

Xatırladaq ki, Ramiz Məmmədov 2009/10 mövsümü başa çatandan - komandadakı 4-cü mövsümündən sonra  baş məşqçi postundan ayrılmışdı.