Ramiz Məmmədov istefa verdi
Xəbərlər / 2 Aprel 2013 | 10:59276
Ramiz Məmmədov istefa verdi

“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov postundan istefa verib. Mütəxəssis bu gün istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. İstefa ərizəsi rəhbərlik tərəfindən qəbul olunub. “Qəbələ”nin baş məşqçi postu müvəqqəti olaraq əvəzedici komandanın baş məşqçisi Luis Araqona tapşırılıb. Əsas komandada fəaliyyət göstərən məşqçilər Sənan Qurbanov və Vüqar Məmmədov Araqonun köməkçisi vəzifəsini yerinə yetirəcəklər.

Ramiz Məmmədova “Qəbələ” Futbol Klubundakı fəaliyyətinə görə təşəkkür edir, gənc mütəxəssisə gələcək karyerasında uğurlar arzulayırıq.