Ramiz Məmmədov «Qəbələ»də
Xəbərlər / 10 İyul 2012 | 17:201622
Ramiz Məmmədov «Qəbələ»də

“Qəbələ”də yeni təyinat rəsmiləşib. Komandanın sabiq baş məşqçisi Ramiz Məmmədov klubda yeni posta - idman direktoru vəzifəsinə təyin olunub. Bununla da 44 yaşlı mütəxəssisin 2 illik fasilədən sonra əvvəlki klubunda yenidən fəaliyyətə başlayıb.

Məmmədov 2009/10 mövsümü başa çatandan sonra “Qəbələ”nin baş məşqçi postundan ayrılmışdı. Bunadək isə o, 4 mövsüm komandanın sükanı arxasında olub.

2006/07 mövsümünün gedişində bu posta təyin alınan Məmmədov baş məşqçi kimi “Qəbələ”ni hamıdan çox - Azərbaycan çempionatının 100, kubokunun 18 oyununa çıxarıb.