Topaz Premyer Liqasının XIV turunun rəmzi komandası müəyyənləşib. Peşəkar Futbol Liqasının “İnstat” şirkətinin təhlilləri əsasında açıqladığı “11-lik”də “Qəbələ” də təmsil olunub. “Qırmızı-qaralar”ın hücumçusu Rauf Əliyev 2018-2019-cu illər mövsümünün ilk yarısının son turunun rəmzi komandasında yer alıb. O, mövsümdə ilk dəfə rəmzi komandaya daxil edilib.
Xatırladaq ki, “Qəbələ” XIV turda “Səbail”lə qarşılaşıb. Komandamızın səfər oyunu 0:0 hesabı ilə başa çatıb.