16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq. Hazırlıq prosesi sentyabrın 11-dən 17-dək Qəbələdə təşkil ediləcək. Toplanışa “Qəbələ”nin iki futbolçu da dəvət alıb. Allahverdi Rəhimov və Cumali Hüseynov yığmaya çağırılıb. Toplanışdan bir gün öncə futbolçular və məşqçi heyəti COVID-19 testindən keçəcək.