Rekordçudan 200-cü oyun
Xəbərlər / 5 May 2022 | 19:55183
Rekordçudan 200-cü oyun

Urfan Abbasov “Qəbələ”nin heyətində Premyer Liqada 200-cü oyununu keçirib. Müdafiəçinin yubileyi XXV tura təsadüf edib. “Zirə” ilə səfər matçına qədər çempionatda 199 dəfə “qırmızı-qaralar”ın formasını geyinən vitse-kapitan yubiley görüşünə start heyətində çıxıb. Lakin zədələnən Abbasov 34-cü dəqiqədə əvəzlənib.

“Qəbələ”nin tarixində həm ümumi, həm də çempionatdakı oyun sayında rekordçu olan Urfan 2012-19-cu illərdə çıxış etdiyi komandamıza cari mövsümün startı öncəsi qayıdıb. O, Premyer Liqadakı 200 matçda 4 qol vurub.

Qeyd edək ki, bu matçda “Qəbələ” 3:0 hesabı ilə qalib gəlib.