Misli Premyer Liqasının XIV turundan təxirə salınan “Qəbələ” – “Turan Tovuz” matçından (0:3) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:
"Turan Tovuz"u layiqli qələbə münasibəti ilə təbrik edirəm. Oyuna çox pis başladıq və 2 qol buraxdıq. Bundan sonra "Turan Tovuz" kimi təcrübəli komandaya qarşı mübarizə aparmaq çətin idi. Buna baxmayaraq, 2-ci qoldan sonra fərqlənmək üçün imkanlarımız oldu. Əgər reallaşdıra bilsəydik, bəlkə də oyunu dəyişdirə bilərdik. İkinci hissənin əvvəlində öz qapımıza qol vurduq. Bundan sonra psixoloji olaraq mübarizə aparmaq çətin idi. Həm də rəqib müdafiədə yaxşı və diqqətli oynadı”.