“Rəqib müdafiəmizdəki boşluqlardan istifadə etdi”
Xəbərlər / 10 Mart 2026 | 22:2932
“Rəqib müdafiəmizdəki boşluqlardan istifadə etdi”

Misli Premyer Liqasının XXIII turunun “Sabah” – “Qəbələ” oyunundan (7:1) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis matç barədə fikirlərini bildirib:

 

“Bu gün böyük hesabla məğlub olduq. Əlbəttə ki, belə hallarda məşqçi məsuliyyəti öz üzərinə götürür. Bu oyunu analiz edib səhvlərimizdən nəticə çıxarmalıyıq. Nələri səhv etdiyimizi aşkara çıxarmalıyıq. Oyunçularımızın əksəriyyəti birmənalı olaraq bu günki oyuna hazır deyildi. İki çox sadə səhvlərdən qol buraxdıq. Ondan sonra isə rəqib müdafiəmizdəki boşluqlardan istifadə etdi. “Sabah” kimi komandaya qarşı bu cür boşluqlar yaratmaq olmaz. Çünki onlar bu boşluqlardan istifadə edirlər. Bundan sonra isə hesab artmağa başladı. Əlbəttə ki, analiz etməliyik. Danışacaq çox şey yoxdur”.