Premyer Liqanın XVII turu çərçivəsində baş tutan “Sumqayıt” – “Qəbələ” (1:1) matçından sonra “qırmızı-qaralar”ın məşqçisi Sənan Qurbanov oyun barədə düşüncələrini açıqlayıb. Gənc çalışdırıcının fikirlərini sizlərlə bölüşürük:
“Qələbə qazanmaq istəyirdik. Məncə, komandamız “Qarabağ”la oyunda yorulmuşdu. “Sumqayıt”la oyunda planımız tez qol vurmaq idi. Təəssüf ki, bunu bacarmadıq. Bütün bunları nəzərə alıb, 1 xal qazandığımızı deməliyəm. Rəqibin təzyiq göstərəcəyini, mübarizə aparacağını bilirdik. Belə də oldu. Penalti epizodu ilə bağlı konkret danışa bilməyəcəyəm. Bunun üçün epizoda baxmaq lazımdır”