Rəqiblər, seriyalar, yubileylər
Xəbərlər / 24 May 2013 | 10:54225
Rəqiblər, seriyalar, yubileylər

Mövsümün yekunları-2


Rəqiblər

- “Qəbələ” ən çox – 2 dəfə “Sumqayıt”la oyunlarda qələbə qazanıb. Bu qələbələr təsnifat mərhələsinə təsadüf edib.

- Komandamızın qalib gələ bilmədiyi komandalar 2 dəfə qarşılaşdığı AZAL və 4 dəfə görüşdüyü “Simurq”dur.

- “Qəbələ” ən çox – 6 xalı “Sumqayıt”dan alıb.

- Komandamız ən az - cəmi 1 xalı AZAL-dan alıb.

- “Qəbələ” 1 komanda – “Sumqayıt”la oyunlarda 100 faizlik nəticə göstərib – 2 oyunda 2 qələbə.

- “Qəbələ” 4 komanda ilə şəxsi oyunlarda üstünlüyə malikdir: “Xəzər Lənkəran”, “Turan”, “Sumqayıt”, “Kəpəz”. “Rəvan”la qarşılaşmalarda mütləq bərabərliyə nail olan “Qəbələ” digər 6 rəqibdən geri qalıb.

- “Qəbələ” “Sumqayıt”ın qapısına daha çox - 5 qol vurub. Buna 2 matçda nail olunub.

- Komanda Premyer Liqadakı bütün rəqiblərinin qapısına qol vurub. AZAL-la oyunlarda daha az – cəmi 1 dəfə fərqlənib.

- “Turan”, “Kəpəz”, “Xəzər Lənkəran” və “Sumqayıt” hərəyə cəmi 1 dəfə “Qəbələ”yə qol vura biliblər. Onların hər biri 2 matçda bunu bacarıb.

- “Qəbələ”nin qapısına hamıdan çox – 7 qolu “Neftçi” vurub.

Seriyalar 

- Ən uzun qələbə seriyası 11-14-cü turlarda – 4 oyun.

- Ən uzun qələbəsiz seriya 22-29-cu turlarda – 9 oyun.

- Heç-heçə seriyası 7-9-cu turlarda – 3 oyun.

- Ən uzun heç-heçəsiz oyunlar seriyası 10-18-ci turlarda qeydə alınıb – 9 oyun.

- Ən uzun məğlubiyyət seriyası 22-24-cü və 27-29-cu turlarda – hər ikisi 3 oyun.

- Ən uzun məğlubiyyətsiz seriya 11-14-cü turlarda – 4 oyun.

- Ən uzun qollu seriya 18-23-cü turlarda – 6 oyun ardıcıl qol vurulub.

- Ən uzun qolsuz seriya 28-29-cu turlarda – 2 oyun.

- Komanda çempionat ərzində quru oyunlar seriyası keçirməyib.

- Ən uzun ardıcıl qol buraxmaq seriyası 22-29-cu turlarda – 8 oyun. 

Tamaşaçı
 
- “Qəbələ” ev oyunlarını 2 meydanda keçirib. 15 qarşılaşmada rəqibini ehtiyat meydançada qəbul edib. “Simurq”la ötən il dekabrın 16-dakı görüş Böyük Əmili kənd stadionunda keçirib.
 
- Komanda Böyük Əmilidə 0:1 hesabı ilə məğlub olub. Ehtiyat meydançada 5 qələbə, 5 heç-geçə və 5 məğlubiyyət alıb *top fərqi (17:16). 

- “Qəbələ”nin ev oyunlarını 19580 tamaşaçı izləyib.

- Ev oyunlarındakı orta tamaşaçı sayı 1224-ə bərabər olub.

- Ən çox tamaşaçı IV turun “Sumqayıt”la oyununda olub – 2500.

- Ən az – 500 tamaşaçı VII turun AZAL, X turun “Turan” və XVII turun “Simurq”la oyununda olub. Sonuncu qarşılaşma Böyük Əmilidə baş tutub.

- “Qəbələ”nin səfər oyunlarını 22000 tamaşaçı izləyib. Bu orta hesabla hər oyuna 1375 tamaşaçıdır. IX turun Lənkərandakı oyununda daha çox - 6000 tamaşaçı qeydə alınıbsa, XXIV turun “Qarabağ”la oyunda cəza üzündən boş tribunalar önündə olub.

Faktlar

- “Qəbələ”nin oyunlarını 8 hakim idarə edib: Fariz Yusifov 7, Anar Salmanov və Vüsal Əliyev hərəyə 6, Rəhim Həsənov 4, Elçin Məmmədovla Əliyar Ağayev hərəyə 3, Orxan Məmmədov 2, Rauf Cabbarov 1.

- “Qəbələ”nin oyunlarında poker, het-trik və avtoqol qeydə alınmayıb.

- “Qəbələ” 2, rəqibləri 4 dubla imza atıb. 2 dubldan biri Yannik Kamanan, digəri Umar Kalabanenin hesabındadır.

- “Qəbələ” 1 dəfə böyük hesabla qalib gəlib. Komanda “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib. Özü isə 2 dəfə səfərdə böyük hesabla uduzub: “Neftçi”yə 0:3, AZAL-a 1:6.

- “Qəbələ” I hissədə 18 qol vurub 11-nü buraxıb. Bu qollar evdə 7:6, səfərdə 11:5-dır.

- “Qəbələ” II hissədə 14 qol vurub 29-nu buraxıb. Bu qollar evdə 10:11, səfərdə 4:18-dür.

Yubileylər

2012/13 mövsümü “Qəbələ”nin Premyer Liqadakı çıxışları tarixində bir sıra yubileylərlə əlamətdar oldu.

- Aprelin 28-də evdə “Qarabağ”la matç (0:2) Premyer Liqada 200-cü oyun oldu.

- Mayın 9-da “Bakı” ilə səfər oyununda qazanılan 1:0 hesablı qələbə Premyer Liqada 75-ci qalibiyyət oldu.

- Martın 13-də “Neftçi” ilə ev heç-heçəsi (1:1) Premyer Liqada 50-ci bərabərlik oldu.

- Martın 30-da səfərdə “Qarabağ”a 0:1 hesablı yenilgi Premyer Liqada 75-ci məğlubiyyət oldu.

- Ötən il notyabrın 3-də Lourival Rodrigesin “Neftçi”yə vurduğu qol Premyer Liqada 200-cü qol oldu.

- Ötən il oktyabrın 4-də “Bakı” ilə matçda Aleksandar Şoliçin zərbəsindən sonra buraxılan qol Premyer Liqada qapımızdan keçən 200-cü top oldu.

Bütün oyunlar


04.08.2012

Simurq (Zaqatala) - Qəbələ

1:1

10.08.2012

Qəbələ - İnter (Bakı)

1:0

18.08.2012

Neftçi (Bakı) - Qəbələ

3:0

26.08.2012

Qəbələ - Sumqayıt

4:1

15.09.2012

Kəpəz (Gəncə) - Qəbələ

1:0

24.09.2012

Qəbələ - Rəvan (Bakı)

1:3

29.09.2012

Qəbələ - AZAL (Bakı)

0:0

04.10.2012

Bakı - Qəbələ

1:1

21.10.2012

Xəzər Lənkəran - Qəbələ

1:1

27.10.2012

Qəbələ - Turan (Tovuz)

0:1

31.10.2012

Qarabağ (Ağdam) - Qəbələ

1:2

03.11.2012

Qəbələ - Neftçi (Bakı)

2:1

19.11.2012

Qəbələ - Kəpəz (Gəncə)

2:0

25.11.2012

Rəvan (Bakı) - Qəbələ

1:3

02.12.2012

Qəbələ - Bakı

0:2

08.12.2012

Sumqayıt - Qəbələ

0:1

16.12.2012

Qəbələ - Simurq (Zaqatala)

0:1

20.12.2012

Turan (Tovuz) - Qəbələ

0:2

10.02.2013

Qəbələ - Qarabağ (Ağdam)

1:1

17.02.2013

İnter (Bakı) - Qəbələ

2:1

23.02.2013

Qəbələ - Xəzər Lənkəran

2:0

03.03.2013

AZAL (Bakı) - Qəbələ

6:1

13.03.2013

Qəbələ - İnter (Bakı)

1:2

30.03.2013

Qarabağ (Ağdam) - Qəbələ

1:0

05.04.2013

Qəbələ - Simurq (Zaqatala)

1:1

13.04.2013

Qəbələ - Bakı

1:1

21.04.2013

Neftçi (Bakı) - Qəbələ

2:1

28.04.2013

Qəbələ - Qarabağ (Ağdam)

0:2

03.05.2013

Simurq (Zaqatala) - Qəbələ

2:0

09.05.2013

Bakı - Qəbələ

0:1

13.05.2013

Qəbələ - Neftçi (Bakı)

1:1

19.05.2013

İnter (Bakı) - Qəbələ

1:0



Nəticə


Cəmi

32

10

8

14

32 - 40

-8

38

6-cı yer

Evdə

16

5

5

6

17 - 17

0

20

10-cu yer

Səfərdə

16

5

3

8

15 - 23

–8

18

7-ci yer