Azərbaycan milli komandasının heyəti açıqlanıb. “Qəbələ”nin iki futbolçusu yığmaya dəvət alıb.
Qapıçı Rəşad Əzizli və yarımmüdafiəçi Emil Səfərov AVRO-2024-ün seçmə mərhələsinin oktyabrdakı görüşlərinə çağırılıb. Yığmamız ayın 13-də səfərdə Estoniya, 16-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya yığması ilə qarşılaşacaq.