"Qəbələ" İdman Klubunun güləş bölməsi uğura imza atıb. Yeniyetmələrin (2001-2002) sərbəst güləş üzrə respublika birinciliyində mübarizə aparan idmançılarımız turniri 3 medalla başa vurublar. Məmməd Nuriyev (50 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əli Həsənov (85 kq) və Elgün Səmədov (38 kq) birinciliyin bürünc medalına sahib olublar.